Total Pageviews

Sunday, November 13, 2016

İstanbulda bir qadın/Əli Əsqər Həqdar

Qarşıdakı sahilə bir göz atıram. İstanbul sahilini Tehranın dağətəkləri və Təbrizin Küçəbağı ilə qatıb qarışdırır zehenim; payız özünü sərələyıb İstanbulun təbiətində; İstanbulun payızı, üç ildən sunra; payız yeli dənizin sərinliyini üzümə çırpır. Garsonu çağırıb həsabı gətirməsini istəyirəm. Yan mizdə bir kişinin pıçıltıya bənzər səsini eşidirəm, qarşısındakı qadına «İstanbulda bir qadın»-nın hikayəsini oxuyur. Bu sevginin açıqlaması yazmaqla qurtulmaz. Həsabı ödəyirəm. Cildin üzərinə baxıram; elə həmən o ala gözlər İstanbula baxırlar; «İstanbulda bir qadın» kitabını çantama qoyub rəstorandan çıxıb Təqsim meydanına sarı yollanıram. İstanbulda bütün yollar Təqəsim– ə çatır.

No comments:

Post a Comment